Gəncə sakini: “Qardaşım qızı üç uşağı ilə dağıntılar altındadır” - VİDEO

04:00 17-10-2020 570

“Qardaşım qalmışdı, onu yaralı halda dağıntılar altından çıxartdıq”.

Baku TV xəbər verir ki, bu sözləri Gəncə sakini Elçin Məmmədov deyib. 

O bildirib ki, düşmənin Gəncəyə raket hücumu nəticəsində qardaşının qızı üç uşağı ilə birlikdə dağıntılar altında qalıb:

“Qardaşımın 33 yaşlı qızı üç uşağı ilə birlikdə hələ də dağıntılar altındadır. Uşaqlar 18, 11, və 7 yaşlarındadır.  Dağılan evlərdə 60-ya yaxın insan yaşayırdı”.

Xatırladaq ki, ilkin məlumatlarda hadisə nəticəsində 6 nəfərin həlak olduğu, 35 nəfərin yaralandığı, dağıntılar altında qalanların olduğu bildirilir.