Mütəxəssis onlayn satışı qeyri-mümkün olan məhsulların adlarını sadaladı

03:40 18-10-2020 13

Rusiya qanunlarına görə, qiymətli daşların, metalların, silahların, narkotik vasitələrin və digər təhlükəli əşyaların internetdə satılması qadağandır.

Bu barədə gazeta.ru “Prime” Beynəlxalq Kooperativ İttifaqının “Status Group”un idarəedici tərəfdaşı, vəkil Danil Marxiyevə istinadən verdiyi xəbəri yayır.

Vəkilin sözlərinə görə, tələb olunanlar arasında tütün məhsulları da var. Bununla yanaşı, ətraf mühitin tütün tüstüsünə məruz qalmasından, tütün istehlakının və ya nikotin tərkibli məhsulların istifadəsinin nəticələrindən vətəndaşların sağlamlığının qorunması haqqında qanuna görə bu məhsulların internetdə satışı qadağandır.

Spirtli içkilərin, informasiya əldə etmək üçün cihazların (qulaqcıqlar, eynəklər və kamera quraşdırılmış saatlar) da onlayn satışı mümkün deyil. Sonuncu bəndin tələblərinə riayət etməyən satıcılar dörd ilədək azadlıqdan məhrum ola bilərlər.