Ermənistanda yüksək rütbəli hərbçilərin həbsinə başlanılıb

18:40 16-11-2020 20

Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və Əsir götürülmüş şəxslərlə İş üzrə komitəsinin sədri Vitali Voskanyan Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlər arasında həbs edilənlərin olduğunu bildirib.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

“Hərbçilərin günahsız yerə ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”, - deyə V. Voskanyan söyləyib.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, artıq Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb, onlara qarşı kifayət qədər dəlillər toplanıb.