Magistral kəmərlərlə daşınan qazın həcmi 7 faizdən çox artıb

00:00 18-11-2020 16

2020-ci ilin yanvar-oktyabr ayları ərzində magistral qaz kəmərləri ilə 23 milyard 610 milyon kubmetr qaz nəql edilib.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, daşınan qazın həcmində əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım müşahidə olunub.

Qaz nəqlinin 41,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Müvafiq dövr ərzində boru kəməri vasitəsilə 9 milyard 850,1 milyon kub-metr qaz ötürülüb.

Nigar Məmmədova