Dəhşətli qəza: Avtomobil mikroavtobusa çırpıldı - ANBAAN VİDEO

09:00 19-11-2020 374

Rusiyanın Tula şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

REN TV xəbər verir ki, hadisə zamanı 10 nəfər xəsarət alıb. 

Görüntülərdə avtomobilin qəfil qarşı hərəkət zolağına keçərək mikroavtobusla toqquşması əks olunub. 

Xəsarət alanlardan üçü uşaqdır. Qəzanın səbəbləri araşdırılır.