Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Maya Sanduya çatdırdı

15:40 19-11-2020 14

Maya Sandu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşüb.

Azərbaycanlı diplomat Prezident İlham Əliyevin təbrik məktubunu Maya Sanduya çatdırıb.

M.Sanduya gül buketi hədiyyə edən azərbaycanlı diplomat Moldova ilə Azərbaycan arasında olan münasibətlərin gələcəkdə də səmərəli əməkdaşlıq üzərində qurulacağına ümidvar olduğunu bildirib.

Əvvəl də xəbər verildiyi kimi, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev “Fəaliyyət və Həmrəylik” Partiyasının (PAS) lideri Maia Sandunu Moldovanın prezidenti seçilməsi münasibətilə təbrik edib.

“İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək”, - deyə Azərbaycan Respublikasının Prezidentinin saytında dərc edilən mesajda ​​qeyd olunub.

Prezident İlham Əliyev M.Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və dost Moldova xalqının rifahı naminə görəcəyi işlərdə uğurlar arzulayıb.