Abşeronda güclü partlayış: Xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

02:40 20-11-2020 20

Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış baş verib. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

19 noyabr, 17:58

Abşeron rayonunda dəmir konstruksiyaların emalı sexində partlayış olub.

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. 

O bildirib ki, hadisə barədə FHN çağrı mərkəzinə daxil olan müraciətdən dərhal sonra əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadaları göndərilib:

“Hadisə rayonun Novxanı yolunda - yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiya emalı sexində baş verib. Sexdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Əraziyə cəlb edilən Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə yanğın söndürülüb, təhlükəsizlik tam təmin olunub”.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 36 yaşlı kişi yüngül xəsarət alıb.

İlkin məlumata görə, ona yuxarı ətrafın zədələnməsi diaqnozu qoyulub.  

Könül Cəfərli