“Əl-Qaidə” Şimali Afrikada özünə yeni başçı seçdi

05:20 23-11-2020 18

“Əl-Qaidə” terror qruplaşması Şimali Afrikadakı lideri Əbdülmalik Drukdalın məhv edildiyini təsdiqləyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Qruplaşma artıq bölgədəki terrorçulara yeni lider də təyin edib.

“Əl-Qaidə”nin Şimali Afrikadakı yeni başçısı Mücahid Yezid Mübarək olub. Əlcəzairli terrorçu “Əbu Ubeydə Yusuf əl-Anabi” kimi məşhurdur.