“Mançester Yunayted” heyətini 19 yaşlı futbolçu ilə gücləndirdi

06:40 08-01-2021 29

İngiltərənin “Mançester Yunayted” klubu Fil Dişi Sahilindən olan gənc futbolçunu heyətinə qatıb.

Bu barədə məlumat “Mançester Yunayted” klubunun rəsmi saytında dərc edilib.

“Qırmızı şeytanlar” İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçi Amad Diallonu transfer edib.

Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə dörd illik müqavilə imzalayıb.