Goranboyun şəhid övladları - VİDEO

19:20 10-01-2021 34

Goranboyun Səfikürd kəndindən olan Nofəl Beybudovun ən böyük arzusu hərbi xidmətdən qayıtdıqdan sonra yarımçıq qoyduğu təhsilini başa vurub hərbi həkim olmaq idi. Bir də torpaqlarımızı azad görmək idi. 

Ona görə də döyüşlərə könüllü qoşulmuşdu. Nofəl Şuşanın azad olunduğu gün 21 yaşında şəhid olub. 

Azərbaycan Televiziyası şəhidimiz haqqında reportaj hazırlayıb. Reportajda həmçinin Goranboydan olan daha iki şəhid - Sahil Rəsulov və Elgün Xıdırovdan söz açılıb. 

Həmin reportajı təqdim edirik: