Aydarxan Kusainov: “Azad edilmiş ərazilər iqtisadiyyatın bərpası üçün yaxşı stimul olacaq”

15:20 11-01-2021 536

Neft istehsal edən ölkələrin milli valyutalarının məzənnələri dollardan və neftin mayasından müəyyən dərəcədə asılıdır. Hazırda ABŞ-da vəziyyət qeyri-stabildir. Vaşinqtondakı hadisələr və ölkənin yeni prezidentinin andiçmə mərasimindən sonra ABŞ valyutasının məzənnəsi Azərbaycan manatına, Qazaxıstan tenqesinə və ya Rusiya rubluna necə təsir edə bilər? Bundan başqa, müxtəlif ekspert platformalarında artıq “neft müharibəsi” təhlükəsindən danışılır. Söhbət xüsusən neft istehsal edən ölkələrdə konkret hərbi fəaliyyətlərdən gedir...

Media.Az tanınmış qazaxıstanlı iqtisadçı, Qazaxıstan Respublikası Milli Bankı sədrinin keçmiş müşaviri Aydarxan Kusainovdan bununla bağlı fikrini öyrənib.

O, müsahibəsində bunun əlbəttə milli valyutaların məzənnələrinə təsir edə biləcəyini dedi:

“Ancaq keçən il çox böyük sarsıntılardan keçdik, sadəcə neft qiymətlərinin mənfi kursunu, koronavirusu və OPEC-də razılıq olmamasını xatırlamaq kifayətdir. Bütün bunlar kiməsə qarşı neft müharibəsinin nəticələrini geridə qoyur”.

Ekspert 2020-ci ilin nəticələrini anlamağın vacibliyini vurğulayıb:

“Beləliklə, başqa zaman əhəmiyyətli olacaq xarici faktorlar indi bizə həqiqətən təsir etməyəcək. Azərbaycan hələ zəfərli 44 günlük müharibədən də keçdi. Bərpa işləri Azərbaycana fayda verəcək, sağlam iqtisadi planlaşdırmaya gətirib çıxaracaq”.

Kusainov bildirib ki, əgər düzgün seçilmiş hədəf varsa, onda düzgün iqtisadi siyasət aparılır.

“Həll edilməli olan konkret tapşırıqlar var. 2021-ci il Azərbaycan üçün müsbət bir il olacaq, azad edilmiş ərazilər iqtisadiyyatın bərpası üçün yaxşı bir stimul olacaq”, - deyə o, sözlərini yekunlaşdırıb.