Üç azərbaycanlı idmançı cəzalandırıldı

18:20 11-01-2021 27

Üç azərbaycanlı idmançı barədə sanksiya qərarı çıxarılıb.

AMADA-dan HerGun.Az-a verilən məlumata görə, ağırlıqqaldıran Firuzə İbrahimova dopinqdən istifadə etdiyi üçün iki illik cəzalandırılıb. Onun cəzası 2019-cu ilin sentyabrın 23-dən hesablanır. Bu ilin sentyabrın 23-də onun cəza müddəti başa çatacaq. 

Karateçi Xudayar Kərimov da iki illik cəza alıb. Onun cəzasının hesablanma vaxtı 2020-ci ilin noyabrın 26-dır.

Boksçu Gülhüseyn Ağazadə isə dörd illik sanksiyaya məruz qalıb. Ağazadənin cəzası ötən ilin yanvarın 14-dən hesablanır və 2024-cü ildə başa çatacaq.

Səbuhi Musayev