Tramp: “Sosial şəbəkələr nifaq toxumları səpirlər”

02:20 13-01-2021 30

Bir müddət sonra prezident səlahiyyətlərinin icrasını dayandıracaq Donald Tramp bildirib ki, sosial şəbəkələr insanlar arasında bölücülük aparmaqla faciəvi səhvə yol verirlər.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Bölücülük edirlər və nifaq toxumlar səpirlər, mən bunu çoxdan proqnozlaşdırmışdım”, - deyə D.Tramp bildirib.

Qeyd edək ki, əvvəl “Twitter”, ardınca “Facebook” və “Instagram” 74 yaşlı siyasətçinin səhifəsini dondurub.

Səbəb kimi D.Trampın demokratik seçkilərin nəticəsini tanımaması və zorakı çağırışlar etməsi göstərilir.