Vatikanda COVID-19 əleyhinə vaksinasiya başladı

01:00 14-01-2021 20

Vatikanda koronavirusa qarşı vaksinasiya başlayıb.

REN TV xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

O, bildirib ki, Roma Papası Fransisk hazırda Apostol Sarayının kitabxanasında onlayn qəbullar keçirir.

Xatırladaq ki, Roma Papası hamını COVID-19 əleyhinə vaksin vurdurmağa çağıraraq, özünün də yaxın günlərdə vaksinasiya olunacağını bəyan etmişdi.