Ağstafada avtomobil qadını vurub

23:00 16-02-2021 23

Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə magistral yolun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon Çaylı kənd sakini, 1991-ci il təvəllüdlü Firuzə Sanıyevanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.