Keçmiş sevgilisinə görə qrup yoldaşını öldürdü - FOTO

00:20 17-02-2021 31

Rusiyada tələbə keçmiş sevgilisinin gözü qarşısında öz qrup yoldaşını öldürüb.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Novosibirsk şəhərində baş verib.

18 yaşlı Sofyanın sözlərinə görə, əvvəllər Denis Millerlə görüşüb. Lakin bir müddət sonra ondan ayrılıb, keçmiş sevgilisinin qrup yoldaşı Denis Qubrevlə görüşməyə başlayıb.

Tənəffüsdə Qubarevlə Miller dava ediblər. Sonra Miller çantasından bıçaq çıxardaraq rəqibinin kürəyindən iki dəfə vurub, qarşı tərəf yerə yıxıldıqda bıçaqlamağa davam edib. Gənc təcili yardım maşınında ölüb.

Miller bundan əvvəl sosial şəbəkədə cinayətinin motivini açıqlayıb.

Hazırda şübhəli saxlanılıb.