Daha bir marşrut xətti üzrə gediş haqqı nağdsız qaydada ödəniləcək

15:40 18-02-2021 19

Fevralın 19-dan 51 nömrəli marşrut xətti (“Neftçilər” m/s – Naximov küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.  

İndiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.