Fransa Ruanda soyqırımında əli olanları ölkədən qaçmağa kömək edib - VİDEO

18:00 18-02-2021 363

Fransa hökuməti 1994-cü ildə Ruanda hökumətinin tutsi xalqına qarşı soyqırımında iştirak edən xutu xalqının nümayəndələrini ölkədən çıxmağa kömək etmək üçün əmr verib.

Bunu Fransa Milli Tədqiqatlar Mərkəzinin Tədqiqatlar Şöbəsinin keçmiş rəhbəri Fransua Qranyenin “Anadolu” agentliyinə ötürülən diplomatik yazışmaların arxiv məlumatları təsdiqləyir.

Qranye Fransa Prezidenti Fransua Mitteranın dövrünün diplomatik yazışmalarının arxivində araşdırma aparıb, Xarici Təhlükəsizlik Məsələləri Baş İdarəsinin (DGSE) direktoru və Fransa xarici işlər naziri Alen Jüppenin keçmiş müşaviri olan Bernar Emyenin 1994-cü ilin 15 iyulunda Fransanın Ruandadakı nümayəndəliyinin rəhbəri Yannik Jerara məxfi diplomatik məktub göndərdiyini öyrənib.

15 iyul saat 18.22-də göndərilən depeşada “Nyu-Yorkdakı beynəlxalq cəmiyyət” Ruanda soyqırımında iştirak edənlərə qarşı mövqeyini müəyyənləşdirildiyi, bu səbəbdən Fransa təmsilçisinin Afrika ölkələrindən birinin hökumət nümayəndələri ilə əlaqə qurmasının və Çyanququ şəhərinə danışıqlar üçün getməsinin arzuolunmaz olduğu vurğulanıb.

“Bu insanları Təhlükəsiz Humanitar Yardım Bölgəsindən (Fransa Silahlı Qüvvələrinin nəzarəti altında) ayrılması zərurəti barədə məlumatlandırmaq üçün bütün dolayı rabitə kanallarından istifadə etdik. Dialoq faktını açıqlamamaq üçün Afrika kanallarından da istifadə edə bilərik. Beynəlxalq ictimaiyyət və xüsusən də BMT bu hökumətə münasibətdə yaxın zamanlarda mövqeyini müəyyən edəcək”, - deyə Xarici İşlər Nazirinin müşaviri Bernard Emye tərəfindən imzalanan mesajda bildirilir.

Qranyenin sözlərinə görə, Fransanın Ruanda genosidinin iştirakçılarının qaçırılması hamıya məlum idi, ancaq bu cür depeşa və ölkənin belə cinayətdə iştirakını faktiki təsdiqi ilk dəfə aşkarlanır. Ruandadan canilərin qaçışının təşkili haqqında qərarın müəllifinin Fransa xarici işlər naziri Alen Jüppe imiş.

Tədqiqatçı vurğulayıb ki, Fransa Ruandanın milyonlarla sakininin ölümündə əli olan hökumətə dəstək verən dünyanın yeganə ölkəsi olub.

Qranye Ruanda hakimiyyətinin iki nümayəndəsinin 1994-cü ilin aprelində Fransa hökumətində, Xarici İşlər Nazirliyi və Yelisey sarayında görüş keçirdiyini xatırladıb.

“Fransanın Ruandadakı nümayəndəsi Yannik Jerar soyqırımda iştirak edənlərin saxlanmasının tərəfdarı idi, amma XİN-in təlimatına uyğun hərəkət etmək məcburiyyətində qaldı. Jerar Ruandanın qapalı sərhədlərini açdı və hətta cinayətkarların Afrika ölkələrinin sərhədlərinə qədər müşayiətini təşkil etdi. Söhbət 14 hökumət üzvü və şəxsən baş nazirdən gedir”, - deyə araşdırmaçı sözlərini yekunlaşdırıb.