İlon Mask öz kriptovalyutasını yaradacaq – FOTO

21:00 18-02-2021 20

İlon Mask “Twitter” sosial şəbəkəsindəki yazışması ilə “MarsCoin” adlı kriptovalyutanın 31 dəfə bahalaşmasına səbəb olub.

“Kommersant” nəşrinin məlumatına görə, şəbəkə istifadəçiləri iş adamına öz şəxsi kriptovalyutasını yaratmağı təklif ediblər. O, bu təklifi böyük məmnunluqla qəbul edib. Daha sonra kriptovalyutanın adı ilə bağlı müzakirələr başlayıb. Kimisi ona yeni rəqəmsal valyutanı “ElonCoin”, kimisi isə “MarsCoin” adlandırmağı təklif edib. Mask isə “Bu çox ehtimal ki “MarsCoin” olacaq”, - deyə bildirib.

Məsələ burasındadır ki, bu adda kriptovalyuta artıq mövcuddur. Lakin görünür milyonçu onun varlığından bixəbərdir.

“Tesla” və “SpaceX” kimi şirkətlərin sahibinin açıqlamasından sonra “MarsCoin” kriptovalyutası sürətlə dəyər qazanmağa başlayıb. Beləliklə də, Mask öz tviti ilə bilmədən “MarsCoin”in 31 dəfə bahalaşmasına səbəb olub.