Tramp “Twitter”i tənqid etdi: “Qayıtmaq istəmirəm”

09:00 21-02-2021 23

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsinin artıq darıxdırıcı olduğunu və bu səbəbdən ora qayıtmaq istəmədiyini açıqlayıb.

Bu barədə “Newsmax TV” telekanalı məlumat yayıb.

“Əgər “Twitter”də olanlara baxırsınızsa, düşünürəm ki, artıq darıxdırıcı olub və milyonlarla insan sosial şəbəkəni tərk edir. Onlar şəbəkənin əvvəlki kimi olmadığına görə oranı tərk edirlər”, - deyə D.Tramp bildirib.