“Qalatasaray” böyük hesabla məğlub oldu - VİDEO

23:40 03-04-2021 439

Türkiyə Super Liqasında 31-ci tura start verilib.

İstanbulun “Qalatasaray” klubu səfərdə “Hatayspor”a 3:0 hesabı ilə məğlub olub.

“Hatayspor”un heyətində senaqallı hücumçu Mame Biram Diuf dubl edib, “Qalatasaray”ın qapısına digər qolu Ruben Ribeyro vurub.

Qeyd edək ki, turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir.

“Qalatasaray” 61 xalla ikinci, “Fənərbaxça” 59 xalla üçüncüdür.