Cənubi Koreyada “COVID-19 pasportu” tətbiq olunur

09:20 04-04-2021 25

Aprel ayının ortalarından etibarən Cənubi Koreyada xüsusi mobil tətbiqin köməyi ilə COVID-19-a qarşı peyvənd faktını rəsmən təsdiqləmək mümkün olacaq.

Bu barədə “Rossiyskaya Qazeta” xəbər yayıb.

Bildirilir ki, tətbiq “peyvənd pasportu” rolunu (həmçinin xaricə səyahət etmək üçün) yerinə yetirəcək.

“COVID-19 pasportu” rolunu oynayacaq olan tətbiqdə “blockchain” texnologiyasından istifadə edilir. Eyni zamanda şəxsiyyəti təsdiqləmək üçün minimum şəxsi məlumatlara ehtiyac olacaq.

Tətbiq aprelin ortalarında istifadəyə veriləcək.