Qaxda yanğın hadisəsi baş verib

15:00 04-04-2021 379

Qax rayonunda yanğın hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Turaclı kəndində Vilayət Həsənova məxsus evə bitişik yardımçı tikilidə baş verib.

Hadisə zamanı ümumi sahəsi 50 kv/m olan tikilinin 30 kv/m-i içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yangın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.