Tramp Pasxa nitqində seçki saxtakarlıqlarını sübut edəcəyinə söz verib

19:40 04-04-2021 393

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz tərəfdarlarını Pasxa bayramı münasibətilə təbrik edib.

“The Hill” nəşrinin məlumatına görə, siyasətçi bayram nitqini seçki saxtakarlıqlarına həsr edib.

O, bildirib ki, 2020-ci ildəki prezident seçkiləri irimiqyaslı saxtakarlıqlarla müşayiət olunub və bir çox qəzəbli insan bunu anlayır.

Tramp həmçinin yerli mətbuatı da tənqid edib və öz iddialarını əsaslandıracaq sübutları dərc etməyə söz verib.