Gəncədə mənzildə partlayış: Xəsarət alan var - FOTO

11:20 08-04-2021 19

Gəncədə mənzildə partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Hadisə zamanı 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.