H.Əliyev adına AAHM-in kursantları Hərbi Qənimətlər Parkında olublar – FOTO/VİDEO

18:40 27-04-2021 29

Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması, gənclərdə hərbi vətənpərvərliyin tərbiyə edilməsi məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kursantlar 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.

Sonda azad olunan ərazilərdən qənimət götürülən üzərində “Qarabağ Azərbaycandır!” yazısı yazılmış 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət lövhə önündə xatirə fotosu çəkdirilib.