Çempionlar liqası: İngilislər Madriddən sərfəli nəticə ilə dönür - FOTO/VİDEO

01:20 28-04-2021 486

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

HerGun.Az xəbər verir ki, 1/2 finalın ilk oyununda Avropa Super Liqasında hələ də qalan “Real”la sözügedən turnirin təsisçilərindən biri olmuş, daha sonra həmin yarışdan imtina etmiş “Çelsi” üz-üzə gəlib.

Madriddəki oyunda tərəflər arasında 1:1 hesablı bərabərlik qeydə alınıb.  

Qeyd edək ki, “Çelsi” artıq 1/8 finalda İspaniya çempionatının lideri olan Madridin digər klubu “Atletiko”nu mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası

1/2 final (ilk oyun)

“Real” (İspaniya) – “Çelsi” (İngiltərə) 1:1

Qollar: Kristian Pulişiç (14); Kərim Benzema (29)

Madrid. Alfredo di Stefano adına stadion.

Qeyd edək ki, yarımfinalın digər görüşü olan PSJ (Fransa) - “Mançester Siti” (İngiltərə) qarşılaşması aprelin 28-də keçiriləcək.