800-dən çox sürücü işlə təmin olunacaq

12:40 28-04-2021 387

“2020-ci il ərzində 612 nəfər sürücü təlimlərə cəlb olunub ki, onların 429 nəfəri işlə təmin olunub”.

HerGun.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

V.Kərimli bildirib ki, 2020-ci ildə xəttə buraxılan 115 yeni avtobus 310 sürücü üçün yeni iş yeri yaradılıb:

“Bu, eyni zamanda aylıq orta hesabla 220 000 manata yaxın gəlir deməkdir. Yeni alınacaq 320 avtobusla isə 860 sürücü üçün yeni iş yeri yaranmış olacaq. Bu da aylıq orta hesabla 600 000 manatdan çox gəlir deməkdir”

Könül Cəfərli