Tələbələr banklarda iş imkanları haqda məlumat aldılar - FOTO

11:20 29-04-2021 19

27 aprel tarixində Tələbə Gənclər Təşkilatları İttifaqı və “Yelo Bank”ın əməkdaşlığı ilə “Yeloya xoş gəldin” adlı, gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən tədbir keçirilib.

Tədbirin əsas məqsədi bank işi ilə maraqlanan gənclərə bankçılıq üzrə mentorluq edib, gənclərə iş təcrübəsinə tələb olmadan müxtəlif sahələrdə iş imkanları təklif etməkdən ibarət idi. 

Tədbir “Yelo Bank”ın İnsan resursları şöbəsinin rəhbəri Nigar İbadzadənin açılış nitqi ilə başlayıb.

Daha sonra bank əməkdaşlarının təşkilatçılığı ilə isinmə oyunları, bank haqqında məlumatlandırma sessiyası və iş imkanları barəsində müzakirə baş tutub.

“Yelo Bank” əməkdaşları və iştirakçılar arasında baş tutan bu müzakirələr tələbələri ən çox maraqlandıran və əvvəlcədən ünvanladıqları suallar əsasında qurulub. Bu zaman bank əməkdaşları tələbələri öz üzərilərində işləməyə səslədilər və bildirdilər ki, bank sektorunda çalışmaq üçün heç də maliyyə, iqtisadiyyat kimi ixtisaslar üzrə təhsil almaq zəruri deyil.

İstək və öyrənməyə həvəsli olmağın uğura gedən yoldakı önəmi vurğulanıb. Tədbirin sonuna doğru isə İşə qəbul şöbəsinin rəhbəri Kəmalə Eynullayeva bankın tələbələr üçün nəzərdə tutduğu gələcək “Yelo Walk Mentorluq” layihəsi və “Yelo Challenge 2021” təcrübə proqramı haqqında məlumat verib. 

Tədbirin sonunda öz suallarını “Yelo Bank”ın əməkdaşlarına ünvanlamış və təsadüfi yolla seçilən tələbələr müxtəlif maraqlı hədiyyələr qazanıblar.