Rusiyalı deputatlar Allahverdi Bağırovun məzarı önündə - FOTO

15:20 01-05-2021 27

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətinin üzvləri burada dağıdılmış məzarlara baxıblar, erməni vəhşiliyi ilə bir daha tanış olublar.

Rusiyalı deputat və ekspertlərdən ibarət heyət Ağdamda Qarabağ xanlarının türbələrinin olduğu İmarət qəbiristanlığını, eləcə də Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.