Hindistanda koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alınıb
11:00 02-05-2021 343
Hindistanda koronavirus (COVID-19) infeksiyasına 392 488 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Sutka ərzində analiz nümunələri müsbət çıxan 3 689 nəfər vəfat edib. Bu, koronavirusdan sutkalıq ölüm sayında rekorddur.
İndiyədək ölkədə ümumilikdə 19 557 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 542 nəfər vəfat edib.