80 yaşlı qadın üç gün avtomobilində köməksiz vəziyyətdə qaldı

07:20 04-05-2021 22

Fransada idarə etdiyi nəqliyyat vasitəsi ilə qəza törədən yaşlı qadın avtomobilində kilidlənərək üç gün polislərin gəlməsini gözləməli olub.

Bu barədə “20 Minutes” nəşri məlumat yayıb.

Fransanın cənub-qərbindəki Lot departamentində yaşayan 80 yaşlı qadının qohumları polis idarəsinə onun itkin düşməsi barədə aprelin 26-da məlumat verib.

İtkin düşən qadını üç gün sonra tapmaq mümkün olub. Avtomobilində çıxarılan qadın müayinə üçün xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, yaşlı qadın özünü yaxşı hiss edir.