Gəncədə yağışdan sonra su altında qalan evlərin problemi həll edilir - YENİLƏNİB + FOTO/VİDEO
12:20 05-05-2021 427
Gəncə şəhəri, Məhsəti qəsəbəsi, İlham Hüseynov küçəsində yağan yağışın törətdiyi fəsad aradan qaldırılır.
Gəncə Şəhər İcra Hakimiyyətindən HerGun.Az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional bölməsinə məlumat verilib: “Hazırda sözügedən ərazidə iş gedir”.
10:15
Gəncə şəhərində gecə saatlarından yağan yağış fəsadlar törədib.
HerGun.Az-ın məlumatına görə, şəhərin Məhsəti qəsəbəsi, İlham Hüseynov küçəsində yağan yağış nəticəsində 10-a yaxın evi su basıb.
Sakinlər bildirib ki, hadisə nəticəsində aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülmür.
Hazırda yağıntılı hava şəraiti davam edir.
İlhamə Əbülfət