İtaliyalı futbolçu qardaşının xatirəsinə həsr olunmuş oyun zamanı ölüb

04:00 05-06-2021 435

İtaliyanın “Parma” klubunun yetirməsi olan Cuzeppe Perrino matç zamanı ölüb.

Sports.ru xəbər verir ki, 29 yaşlı futbolçunun üç il öncə vəfat etmiş qardaşının xatirəsinə həsr olunmuş oyunda ürəyi dayanıb.

Qarşılaşmanın gedişində Perrino qəfil yerə yıxılıb. Ölümü təsdiqlənən futbolçunun cəsədi yarılması üçün morqa aparılıb.  

Qeyd edək ki, Perrino vaxtilə “Parma”nın gənclər akademiyasında çıxış edib. Yarımmüdafiəçi İtaliya çempiontının üçüncü və dördüncü divizion klublarında forma geyib.