Rusiyada futbol fanatlarının davasında odlu silahlardan istifadə edildi, 19 nəfər saxlanıldı - VİDEO

04:00 06-06-2021 24

Rusiyanın paytaxtı Moskva şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi davada iştirak edən 19 futbol fanatını saxlayıb.

REN TV xəbər verir ki, yaxınlıqdakı polis idarəsinə hadisə barədə məlumat yerli sakinlər tərəfindən daxil olub.

Belə ki, bir qrup şəxs binanın həyətində uşaqlar üçün nəzərdə tutulmuş idman meydançasına yığışıb və qısa müddət sonra dava etməyə, bir-birinə qarşı silah işlətməyə başlayıblar.

Hadisə yerinə gələn polis kütləvi davanın  iştirakçılarını müəyyənləşdirərək onları saxlayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Saxlanılanların hansı futbol klublarının azarkeşi olması barədə hələlik məlumat yoxdur.