NATO irimiqyaslı hərbi təlimlərə başlayıb

23:00 06-06-2021 20

NATO-nun Baltik dənizində ən böyük hərbi təlimləri olan “Baltops 2021”ə start verilib.

Bu barədə TASS Almaniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Təlimlərdə 16 NATO ölkəsi, eləcə də İsveç və Finlandiya iştirak edir. Hərbi təlimlərə 40 dəniz bölməsi, 60 təyyarə və 4 min hərbçinin qatıldığı bildirilib.

“Baltops 2021” iyunun 18-dək davam edəcək.

Qeyd edək ki, 1971-ci ildən ənənəvi olaraq təşkil edilən təlimlərin təşəbbüskarı ABŞ HDQ-nin Avropadakı komandanlığıdır.