Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

07:20 07-06-2021 24

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın qız övladı dünyaya gəlib.

TASS xəbər verir ki, bu barədə ailənin rəsmi təmsilçisi məlumat yayıb.

Məlumatda uşağın iyunun 4-də anadan olduğu qeyd edilib. Lakin hadisə yalnız iki gün sonra açıqlanıb.

Körpəyə Lilibet Diana adı qoyulub.

Qeyd edək ki, bu, cütlüyün ikinci övladlarıdır.