ABŞ qanunsuz miqrantları geri qaytaracaq

17:40 08-06-2021 21

ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkəyə qanunsuz yollarla gələn qaçqınların geri qaytarılacaqlarını deyib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə o Qvatemalaya ilk xarici səfəri zamanı bildirib.

Harris eyni zamanda vurğulayıb ki, heç kim doğulduğu torpaqlarda evini asanlıqla tərk etmək istəməz.

Qvatemala Prezidenti Alexandro Giammattey isə son zamanlar qaçqın böhranın artmasına diqqət çəkib və qeyd edib ki, insanlar yaşamaq üçün vasitələri öz ölkələrində tapmalıdırlar.