Vilayət Eyvazovdan yeni təyinat

21:00 08-06-2021 26

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

HerGun.Az-ın məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Məmmədov Xanlar Hüseyn oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarəyə rəis təyin edilib.

Nazirin digər əmri ilə Polis mayoru Ramin Mehtixanov Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq həmin idarəyə rəis müavini təyin olunub.