İsveç yığmasının iki futbolçusunda COVID-19 aşkarlanıb

03:00 09-06-2021 19

AVRO-2020-nin başlamasına sayılı günlər qalan bir vaxtda İsveç seçməsinin düşərgəsində iki koronavirus xəstəsi aşkarlanıb.

Sports.ru xəbər verir ki, “Yuventus”un yarımmüdafiəçisi Deyan Kulusevski və “Baloniya”nın oyunçusu Mattias Svanberqin testləri müsbət çıxıb.

Artıq hər iki furbolçu təcrid olunub.

Avropanın əsas futbol turnirinin başlamasınadək millinin daha bir dəfə koronavirus testindən keçəcəyi bildirlib.

Qeyd edək ki, İsveç yığması ilk matçını iyunun 14-də İspaniyaya qarşı keçirəcək. Prineylilərin heyətində də Serxio Busketsin COVID-ə yoluxduğu təsdiq olunub.