Almaniyada sərnişin təyyarəsi qəzaya uğrayıb, həlak olanlar var

01:20 18-07-2021 24

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin Böblinqen şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Bu barədə SWR teleradio şirkəti yerli polis idarəsinə istinadən xəbər verib.

Qəzada ölənlərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Məlumata görə, cəsədlərin qəzanın baş verdiyi ərazidən təxliyyəsi üçün iş aparılır.