Aİ Şurasının Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

10:00 18-07-2021 30

Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti özünün “Twitter” hesabında məlumat verib.

Şarl Mişel abidə kompleksi önünə əkil qoyub.

“Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.

Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz bölgəsi Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir”- Şarl Mişel, qeyd edib.