Britni Spirs səhnəyə çıxmaqdan imtina etdi

22:40 18-07-2021 21

Tanınmış pop müğənnisi Britni Spirs səhnəyə çıxmaqdan imtina edib.

O, bu barədə özünün “Instagram” səhifəsində yazıb.

İfaçı qeyd edib ki, atası onun geyiminə, davranışlarına, danışığına və hətta düşüncələrinə belə nəzarət etdiyi müddətcə hər hansı bir səhnəyə çıxmayacaq.

Britni bildirib ki, son 13 ildə məhz belə yaşayıb və atasının himayəsi onun arzularını məhv edib.

Xatırladaq ki, 2008-ci ildə pop ulduzun üzərində qəyyumluq hüququ onun psixoloji vəziyyəti və səhhəti nəzərə alınaraq, atası Ceymsə verilib.

Hazırda Britni bu hüququn ləğv olunması üçün çalışır.