ABŞ-da uğursuz uşaq qaçırma cəhdi gündəm oldu – VİDEO

00:20 19-07-2021 20

Nyu-Yorkdakı uğursuz uşaq qaçırma cəhdi küçədə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

“TRT Haber” bildirib ki, hadisə şəhərin Kuins məhəlləsində baş verib.

45 yaşlı Dolores Diaz azyaşlı övladı ilə küçədə gəzişərkən naməlum şəxslər uşağı zorla yaxınlıqda dayanmış avtomobilə mindirib. Lakin qadın cəld tərpənərək övladını avtomobilin pəncərəsindən dartıb-çıxarmağa müvəffəq olub.

Uşaq oğrularından biri, 24 yaşlı Ceyms Makqonaql artıq saxanılıb. Hazırda polis onunla işbirliyində olan digər cinayətkarları axtarır.