Pekin su altında qalıb: 370 aviareys ləğv olunub

05:40 19-07-2021 18

Pekində iki gündür davam edən aramsız leysan ciddi fəsadlara yol açıb.

Çin paytaxtının bəzi hissələrində yüzlərlə avtomobil suyun altında qalıb, ağaclar qırılıb, evləri su basıb.

Təbii fəlakət səbəbindən şəhərin hava limanlarında 370 təyyarə reysi ləğv olunub. 250 aviareys isə gecikmə ilə qəbul edilib.

Sinoptiklər yaxın günlərdə də yağışların davam edəcəyini, lakin onların intensivliyinin azalacağını bildiriblər.