ABŞ-da odlu silahdan atəş beysbol matçını yarıda kəsib – FOTO

07:00 19-07-2021 433

ABŞ-da “Vaşinqton Neyşnlz” ilə “San Dieqo Padres” arasında keçirilən beysbol matçı yarımçıq dayandırılıb.

“Haber Global”ın məlumatına görə, buna səbəb idman arenasında eşidilən atəş səsləri olub.

Səsləri eşidən azarkeşlər tribunalardan qaçmağa başlayıblar. Stadionun önündə iki nəfərin güllələnməsi təsdiqləndikdən sonra qalan azarkeşlərdən də tribunaları tərk etmək xahiş olunub.

Yarıda qalan matç bu gecə davam etdiriləcək.