Konfrans Liqası: Klublarımızın potensial rəqibləri bəlli oldu

17:00 19-07-2021 14

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycanı yeni turnirdə təmsil edəcək "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşib.

II raundda Rusiya "Soçi"si ilə qarşılaşacaq paytaxt təmsilçisi rəqibini məğlub edəcəyi halda, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sumqayıt" "Çukariçki" (Serbiya) səddini keçərsə, III raundda “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq. "Qarabağ" isə İsrail "Aşdod"u ilə dueldən qalib ayrılacağı təqdirdə, AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

"Soçi" (Rusiya) / "Keşlə" (Azərbaycan) cütünün qalibi - “Partizan” (Serbiya) / “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi

“Çukariçki” (Serbiya) / “Sumqayıt” (Azərbaycan) - “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi

AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi - “Qarabağ” (Azərbaycan) / “Aşdod” (İsrail) cütünün qalibi

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.