Tibb işçiləri üçün imtahanların sualları YENİLƏNİR

16:20 08-09-2021 410

“Tibb ixtisasları üzrə suallar daim yenilənir. Bu işlər mütəmadi olaraq mütəxəssislər tərəfindən aparılır, köhnə suallar bazadan çıxarılır, yeniləri ilə əvəz olunur”.

HerGun.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib. O bildirib ki, suallar mövcud olan sual toplusundan götürülür:

“Alt ixtisaslar üzrə də suallar bu şəkildə seçilir”.

M.Mirzəzadə onu da əlavə edib ki, suallar yenilənsə də, bu o demək deyil ki, bazada olan təxminən 2 min sualın hamısı yeniləri ilə əvəzlənir:

“Suallarda yeniliklər var. Saytda həmin bazada olan suallara uyğun nümunələr göstərilib. Qanunvericiliyə görə suallar heç orada olmamalıdır, lakin biz nümunə olaraq müvafiq sualları yerləşdirmişik. Suallar mütəmadi yenilənir. İmtahanda qapalı suallar da olacaq. Bu yalnız sertifikasiya imtahanında deyil, bütün imtahan proseslərində belədir. Sualların cavablarını isə sualın aşağısında göstərilən mənbədən əldə etmək olar”.

O həm də qeyd edib ki, tibb işçiləri növbəti sertifikasiya imtahanına qədər 5 il ərzində 240 bal toplamalıdırlar:

“Bu isə hər il davamlı olaraq azı 48 bal deməkdir”.