Türkiyədə “Texnofest 2021” çərçivəsində raket yarışması keçiriləcək – VİDEO

18:40 08-09-2021 488

Türkiyədə “Texnofest 2021” aerokosmik və texnologiya festivalı davam edir.

Bu il sayca dördüncü dəfə baş tutan festival çərçivəsində daha bir maraqlı müsabiqə Aksaray Duz gölündə keçiriləcək.

Belə ki, burada 80 nəfər finalçının iştirakıyla raket yarışması təşkil ediləcək.

Mövzu ilə bağlı “Haber Global”ın qonağı olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Teknofest” İdarə Şurası rəhbəri Səlcuq Bayraqdar və “Roketsan” şirkətinin baş direktoru Murad İkinci daha ətraflı məlumat verib.