MDB Oyunları: Badmintonçularımız Qazaxıstan yığmasına qalib gəlib - YENİLƏNİB

19:00 08-09-2021 33

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB oyunlarında sonuncu görüşünü keçirib. 

Komandamız qrup mərhələsinin 5-ci turunda Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlib. 

Turnir cədvəlini 2-ci sırada başa vuran millimiz komanda yarışlarında gümüş medala layiq görülüb. 

Qaliblərin mükafatlandırılma mərasimi Bakı vaxtı ilə saat 21:25 Atletlər kəndində təşkil olunacaq. Sabah isə 5 kateqoriya üzrə yarışlar start götürəcək. 

Şəxsi oğlan və qızlar, qoşa oğlan və qızlar və qarışıq-qoşa yarışlarında qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.

15:56

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında növbəti görüşünü keçirib.

HerGun.Az xəbər verir ki, komandamız qrup mərhələsinin IV turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.

Hazırda turnir cədvəlində ikinci sırada qərarlaşan millimiz Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstanı yığması ilə üz-üzə gələcək. Badmintonçularımız bu görüşdə qalib gələcəyi təqdirdə komanda yarışında gümüş medallara sahib çıxacaq.

Sabah isə beş kateqoriya üzrə yarışlar start götürəcək. Şəxsi oğlan və qızlar, qoşa oğlan və qızlar və qarışıq-qoşa yarışlarında qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.